Bu ölkənin Baş Naziri rok ulduzunu məhkəməyə verdi

19:20 - 03 Avqust 2023

Bu ölkənin Baş Naziri  rok ulduzunu məhkəməyə verdi

İtaliyanın baş naziri özünü "faşist" adlandıran rok ulduzunu məhkəməyə verib.

 

Manset.az Trt Haber-ə istinadən bildirir ki, Baş naziri Corciya Meloni “Placebo” qrupunun solisti Brayan Molkonun Turində verdiyi konsertdə siyasətçini “faşist, irqçi” adlandırmasından sonra məhkəməyə müraciət edib.

Müğənni , italyan məmurunu  təhqir eici sözlər işlədib. 

Molko LGBT hüquqlarını qorumaq çağırışı da daxil olmaqla müxtəlif mövzularda 10.000 pərəstişkarına müraciət edib.

Torino şəhər prokurorları hadisədən bir həftə sonra britaniyalı müğənni ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, İtaliyanın cinayət məcəlləsinə görə, hökuməti, parlamenti və ya ordunu açıq şəkildə ləkələyən hər kəs 5000 avroya qədər cərimələnə bilər.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az