Terror təşkilatı DEAŞ qondarma lideri Əbu əl-Hüseyn əl-Hüseyninin öldürüldüyünü açıqlayıb.
Manset.az -ın məlumatına görə, terror təşkilatı tərəfindən verilən açıqlamada təşkilatın lideri Əbu əl-Hüseyn əl-Hüseyninin Suriyanın İdlib şəhərində öldürüldüyü bildirilib. Açıqlamada Əl-Hüseyninin İdlibdə “Heyət Təhrir əl-Şam (HTS) terror təşkilatı ilə birbaşa toqquşmalardan sonra” öldürüldüyü qeyd edilərkən, Hüseyninin nə vaxt öldüyü barədə məlumat paylaşılmayıb.
Açıqlamada terror təşkilatının yeni liderinin Əbi Həfsən əl-Haşimi olduğu bildirilib. Əl-Haşimi terror təşkilatının 5-ci lideri kimi qeydə alınıb.
Qeyd edək ki, terror təşkilatının ilk lideri Əbu Bəkr əl-Bağdadi 2019-cu ilin oktyabrında, əl-Bağdadinin yerinə keçmiş Əbu İbrahim əl-Haşimi 2022-ci ilin fevralında və əl-Haşimidən sonra gələn Əbu əl-Həsən əl-Haşimi 2022-ci ilin noyabr ayında öldürülüb.
Jalə
Manşet.az