Yaponiyanın hakim partiyası Liberal Demokrat Partiyasının deputatı Akimoto Masatoşi ona qarşı korrupsiya ittihamı ilə parlament xarici işlər nazirinin müavini vəzifəsindən istefa verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Akimotonun ofisləri və evində "Japan Wind Development" adlı şirkətdən on milyonlarla yen məbləğində rüşvət aldığı iddiası ilə axtarış aparılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada Akimoto-nun istefa səbəbi ilə bağlı heç bir məlumat vermədən istefa tələb etdiyi təsdiqlənib.
Qeyd edək ki, şirkət rəhbəri Akimotoya etdiyi ödənişlərlə bağlı sorğu-sual edilib. Şirkət prezidentinin vəkili sözügedən pulun 2021-ci ilin payızında qurulan yarış atı kooperativindən atların alınmasına sərf edildiyini və Akimotoya verilmədiyini bildirib. Şirkətdən verilən açıqlamaya əsasən bir deputatın və ya hər hansı dövlət məmurunun rüşvət almasına dair heç bir sübutun olmadığı iddia edilib.
Aygün
Manşet.az