Belarus vətəndaşı Rusiyaya casusluq etdiyi üçün Polşada həbs edildi

16:44 - 04 Avqust 2023

Belarus vətəndaşı Rusiyaya casusluq etdiyi üçün Polşada həbs edildi

Polşada Mixail A. adlı Belarus vətəndaşı Rusiyaya casusluq etdiyi üçün həbs edilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa Daxili Təhlükəsizlik Agentliyi məlumat verib.

Təhlükəsizlik Agentliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya görə avqustun 1-də saxlanılan Mixail A. Moskva və Sankt-Peterburqda yaşayıb. Onun Sankt-Peterburqda işlədiyi və 6 il Rusiyada həbsdə yatdığı bildirilib.

Mixail A. 2021-ci ildə Polşaya gəldikdən sonra Rusiya casusluq şəbəkəsi ilə əlaqə saxlayıb. O, Polşa dövlətinin maraqlarını və daxili təhlükəsizliyini hədəf alan bir sıra vəzifələr, o cümlədən hərbi infrastrukturun aşkarlanması da daxil olmaqla, mühüm işlər görüb.

Qeyd edək ki, Mixail A. son bir neçə ayda Polşa təhlükəsizlik xidmətinin Rusiya casusluq şəbəkəsinə qarşı həyata keçirdiyi əməliyyatlar çərçivəsində həbs edilən 16-cı şəxsdir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az