Avropa İttifaqından xəbərdarlıq

17:06 - 04 Avqust 2023

Avropa İttifaqından xəbərdarlıq

Avropa İttifaqı (Aİ) Komissiyasının böhranların idarə edilməsindən məsul üzvü Janez Lenarçiç bir çox ölkənin bir tərəfdən daşqınlar, digər tərəfdən isə yüksək temperatur təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirib.

 

Manset.az xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, Janez Lenarçiç bu barədə Twitter  sosial media hesabın paylaşım edib.

Onun sözlərinə görə Avropadakı fəlakətli vəziyyət həyəcan vericidir.

Lenarçiç Serbiya, İsveç, Norveç, Avstriya, Macarıstan, Xorvatiya və Sloveniyada həm yüksək temperatur, həm də yağış səbəbiylə qırmızı həyəcan vəziyyətində olduğunu qeyd edib. Həmçinin, Bolqarıstan, Yunanıstan, Yunan Kipr Administrasiyası, İspaniya, İtaliya, Fransa, Portuqaliya, Xorvatiya və Türkiyədə meşə yanğını təhlükəsinin olduğunu vurğulayıb.

Janez Lenarçiç Avropa İttifaqının vəziyyəti diqqətlə izlədiyini və kömək etməyə hazır olduğunu qeyd edib.

Aygün

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az