Avropa İttifaqı (Aİ) Çin sosial media platforması TikTok-un uşaqların məxfiliyini pozduğuna görə cərimələyib.
Manset.az xarici KİV-ə istinadən bildirir ki, Aİ Məlumatların Mühafizəsi Şurası, platformanın baş ofisi olduğu İrlandiyanın Məlumatların Mühafizəsi Təşkilatı tərəfindən 2021-ci ildə TikTok-un 13-17 yaşlı istifadəçilərin məlumatlarının mühafizəsi ilə bağlı apardığı araşdırmaya uyğun gəlmədiyi səbəbiylə öz rəyini açıqlayıb.
Şura TikTok-un cəzalandırılmasına icazə verərək, İrlandiya Məlumatların Mühafizəsi Təşkilatının məcburi qərarını əsaslandırdı.
Qeyd edək ki, milyonlarla dollara çatması gözlənilən cəza 4 həftə ərzində açıqlanacaq.
Həmçinin, Aİ Komissiyası aprel ayında Rəqəmsal Xidmətlər Qanununa (DSA) uyğun olaraq Avropada fəaliyyət göstərən əsas rəqəmsal platformalar və axtarış sistemləri üçün sərt qaydalar tətbiq edəcəyini açıqlamışdı. Bu təsnifata Alibaba, Amazon, Apple AppStore, Booking.com, Facebook, Google Play, Google Maps, Google Shopping, Instagram, LinkedIn, Pinterest, Snapchat, TikTok, Twitter, Wikipedia, YouTube və Zalando daxil olduğu açıqlayıb.
Müəyyən edilmiş platformalar dezinformasiyanın məhdudlaşdırılması, qeyri-qanuni məzmunun sürətlə silinməsi, yetkinlik yaşına çatmayanların onlayn qorunması, risk qiymətləndirmələrinin aparılması, risklərin azaldılması üçün addımların atılması və kənar auditə məruz qalma kimi DSA qaydalarına uyğun olmalıdır.
Jalə
Manşet.az