Gürcüstanda təbii fəlakət: Ordu hərəkətə keçdi

22:52 - 04 Avqust 2023

Gürcüstanda təbii fəlakət: Ordu hərəkətə keçdi

Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsində itkin düşmüş hesab edilən insanların axtarışlarına və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına ordu qüvvələri də cəlb olunublar.

 

Manset.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, bölgədə çox çətin vəziyyət yaranıb. Güclü palçıq kütləsi ciddi problemlər yaradıb. Belə bir vəziyyətdə ordunun köməyindən istifadə etmək vacibdir.

Qeyd edək ki, Şovi kurortunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 10-a çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az