Kılıçdaroğlunun maşın karvanında zəncirvari qəza - Yaralılar var

17:14 - 05 Avqust 2023

Kılıçdaroğlunun maşın karvanında zəncirvari qəza - Yaralılar var

Türkiyədə, Ərzincan-Tunceli yolunda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun maşın karvanında 5 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzada biri mətbuat mənsubu olmaqla 2 nəfər yaralanıb.

Çevik Qüvvət polisi mikroavtobusu və bir mətbuat maşınının olduğu qəzada 5 avtomobilə ziyan dəyib.

Qeyd edək ki, CHP sədri vətəndaşlarla görüşmək üçün Ərzincana səfərə gedib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az