Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.
Manset.az xəbər verir ki, bu haqda Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xilasedicilər itkin düşən 15-ci şəxsin cəsədini tapıblar.
Qeyd edək ki, təbii fəlakət zamanı körpülər dağılıb, Şovinin girişindəki yol zədələnib.