Gürcüstanda torpaq sürüşməsi nəticəsində itkin düşən uşaqların sayı açıqlandı

09:58 - 06 Avqust 2023

Gürcüstanda torpaq sürüşməsi nəticəsində itkin düşən uşaqların sayı açıqlandı

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq uçqunu nəticəsində itkin düşənlər arasında uşaqlar da var.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Zurab Azaraşvili bildirib.

O, hazırda ərazidə 7-8 uşağın axtarıldığını qeyd edib.

Nazir əlavə edib ki, ərazidə qopmuş bədən də üzvləri aşkarlanıb və onların kimə məxsus olduğunu müəyyənləşdirmək məqsədilə DNT analizi aparılır.

Yerli KİV-in məlumatına görə itkin düşənlər arasında bir Rusiya vətəndaşı da var.

Həlak olanlarında bəzilərinin şəxsiyyətinin müəyyənləşdirildiyi bildirilir.

Qeyd edək ki, yerli KİV-də yayılan məlumatlara görə, sürüşmə nəticəsində itkin düşənlər arasında etnik azərbaycanlı 18 yaşlı Samirə İsayeva da var. Ailəsinin məlumatına görə, sürüşmə ərazisində olan gənclə avqustun 2-dən sonra əlaqə saxlamaq mümkün olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az