Moskvaya dron hücumu olub

13:32 - 06 Avqust 2023

Moskvaya dron hücumu olub

Paytaxt Moskvaya doğru irəliləyən dron hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

 

Manset.az xəbər verir ki, Moskvanın meri Sergey Sobyanin bu məlumatı təsdiqləyib.

“Bu gün saat 11 radələrində (Bakı vaxtı ilə 12 - red.) dronla Moskvaya keçməyə cəhd edilib. O, yaxınlaşma zamanı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, - mer qeyd edib.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı yaydığı açıqlamada pilotsuz uçuş aparatının Moskva vilayətinin Podolsk rayonunda zərərsizləşdirildiyini bildirib. Olayda itki və dağıntıların olmadığı vurğulanıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az