Ukrayna Silahlı Qüvvələri Rusiyanın mühüm yollarından biri olan Krıma gedən Çonqar körpüsü ilə Xerson bölgəsindəki Geniçersk körpüsünü vurduqlarını açıqlayıb.
Manset.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsi sosial media hesabında paylaşım edib.
Bildirilib ki, saat 15:00 radələrində müdafiə qüvvələri işğalçıların mühüm əlaqə yolları olan Çonqar və Geniçersk körpülərinə zərbələr endirib.