Yunanıstan mətbuatı hökumətə ağıl verdi

11:40 - 07 Avqust 2023

Yunanıstan mətbuatı hökumətə ağıl verdi

Türkiyə müdafiə sənayesindəki yeniliklərdən tez-tez bəhs edən Yunan mətbuatı hökuməti təcili addım atması ilə bağlı xəbərdar edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın “Pentapostagma” qəzeti Türkiyənin müdafiə sənayesindəki uğurlarını müzakirə edərək arsenalındakı raket sistemlərini sadalayıb.

Türkiyənin gücləndiyini ifadə edən qəzet "Yunanıstan təcili hərəkətə keçməlidir" deyərək Afina hökumətinə çağırış edib.

Yunan mətbuatı Türkiyə arsenalında olan raket sistemlərindən 4-ü müzakirə edib:

“Qasırğa 100; İldırım 150; Bora 300 kilometr, Tayfun isə 1000 kilometr məsafəyə çata bilir. Həmin raket sistemlərini hipotetik olaraq yerləşdirsək, bütün adalarımız ortaya çıxacaq. Egey birbaşa olaraq ikiyə bölünə bilər”.

Bundan əlavə “Pentapostagma” qəzeti KC135 hava tankerindən də bəhs edib. Bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələri bu tankerin sahibi olduğu üçün havada yanacaq doldurma qabiliyyətinə malikdir.

Qəzet Yunanıstanın təcili qərarlar verməsi zərurətindən bəhs edib və vəziyyəti ən qısa zamanda düzəltməliyik deyib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az