Venesuela prezidenti Nikolas Maduro Avropa liderlərinin və bəzi KİV-lərinin İsveç və Danimarkada Quran yandırılmasına reaksiya verməməsini pisləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Venesuela lideri bunu “Al Mayadeen” kanalında yayımlanan “Maduro və daha çoxu ilə” proqramında çıxış edərkən deyib.
Maduro bildirib ki, Quranın yandırıldığını gördüklərində dünyanın dörd bir yanındakı müsəlman xalqların narazılığını qəlbimin dərinliyində hiss edirəm:
"Bir xristian olaraq özümə sual verirəm ki, İncil başqa bir ölkədə yandırılsa, biz xristianlar necə hiss edərdik? Biri bunu etsə, çox kədərlənərdik və bu, böyük bir təhqir olardı".
Həmçinin, medianı məsələni işıqlandırmadığına görə tənqid edib. O, müsəlmanlara qarşı nifrət cinayətlərini və Avropada Quranı yandıran həddindən artıq sağçı və irqçi dairələrin fəaliyyətini qəti pisləyib.
Aygün
Manşet.az