Barbie temalı tabutlar istehsal olunmağa başladı

14:40 - 07 Avqust 2023

Barbie temalı tabutlar istehsal olunmağa başladı

Barbie trendinin bütün dünyada istehlak çılğınlığı hər kəsi şoka salmağa davam edir.  

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Meksika və El Salvador Barbie temalı tabutlar istehsal edərək bu çılğınlığı həddə çatdırıb.

Beləki, El Salvadorda Ahuachapán şəhərində bir dəfn evi Barbie konseptli tabutları istehsal edərək satışa çıxarıb. Cənazə evinin sahibi İsaak Villeqas bildirib ki, iyul ayında Barbie filminin premyerasından əvvəl müştərilərə Barbie temalı çəhrayı metal tabut seçimi təklif edib. Xüsusilə, açıq dəfn mərasimlərindəki metal tabutlar insanların istəyinə uyğun olaraq çəhrayı rəngdə satışa çıxarılıb.  

Bu tendensiyadan istifadə edən digər dəfn evi Ekvadorda yerləşən Funeraria Olivares iyulun 21-də öz Barbie tabutunu reklam etmək üçün TikTok videosu paylaşıb. 1,6 milyondan çox baxış toplayan klipdə tabutun fotoşəkili və “Beləliklə, əsl Barbie kimi dincələ bilərsiniz” giriş ifadəsi yer alıb.

Tanıtım kampaniyasından sonra Barbie çəhrayı tabutlardan artıq 10-u artıq satılıb.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az