Taliban Əfqanıstanın Qəzni (Qəzni) əyalətində 10 yaşdan yuxarı qızların təhsil almasına qadağa qoyub.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Talibanın idarə etdiyi Təhsil Nazirliyi məhdudiyyət barədə məktəb direktorlarına məlumat verib.
Taliban Qəzni (Qəzni) vilayətindəki məktəblərin və qısamüddətli kursların direktorlarına bildirib ki, 10 yaşından yuxarı heç bir qızın məktəbdə oxumasına icazə verilmir.
Taliban rəsmiləri direktorlara 3-cü sinifdən yuxarı olan qızları evlərinə göndərməyi tapşırıb.
Aygün
Manşet.az