Ərdoğan Putinlə bu məsələləri müzakirə edəcək

15:16 - 07 Avqust 2023

Ərdoğan Putinlə bu məsələləri müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqustun sonu baş tuta bilər.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” qəzeti yayıb. 

Qəzet yazır ki, Putinin səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ukraynadakı müharibə, taxıl sazişinin bərpa edilməsi, eləcə də Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlər, Türkiyə ilə Suriya arasında əlaqələrin normallaşdırılması kimi məsələlər müzakirə ediləcək. 

Xatırladaq ki, avqustun 2-si Putin və Ərdoğan arasında telefon danışığı baş tutub. Söhbət zamanı iki ölkə lideri Putinin Türkiyəyə səfəri barədə razılığa gəliblər. Ərdoğan daha sonrakı açıqlamasında Rusiya liderinin səfərinin bu ay mümkün ola biləcəyini bildirib. Rusiya tərəfi isə səfərlə bağlı konkret tarix açıqlamayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az