ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmiləri Qırmızı dənizə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı yazılı açıqlama verib.
Bildirilib ki, iyulun 10-da Virciniya ştatından yola düşən “USS Bataan” amfibiya gəmisi, “USS Cartel Hall” desant gəmisi və təxminən 3000 əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu 6 avqustda Yaxın Şərqə çatıb.
Açıqlamada ABŞ-ın 5-ci Donanmasının bölgədəki dəniz imkanlarının yeni əsgər və gəmilərin gəlməsi ilə artacağı qeyd edilib.
Aygün
Manşet.az