Türkiyənin Kocaeli vilayətində Derince limanında güclü partlayış baş verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Partlayışın hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.
Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili yardım maşınları cəlb olunub.