ABŞ-ın Kaliforniya ştatının cənubundakı Riverside County bölgəsində baş verən meşə yanğınlarında iki helikopterin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.
Manset.az xeber verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti məlumat verib.
Bildirilib ki, toqquşmadan sonra bir vertolyot uğurlu eniş edə bilib. Lakin digər vertolyot qəzaya uğrayıb. Beləliklə, pilot və içərisində olan iki zabit ölüb. Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının hadisə ilə bağlı araşdırma apardığı bildirilib.
Aygün
Manşet.az