Nigeriyada difteriya təhlükəsi: 14 əyalət risk altındadır

18:07 - 07 Avqust 2023

Nigeriyada difteriya təhlükəsi: 14 əyalət risk altındadır

Nigeriya Səhiyyə Nazirliyi ölkədə yayılan difteriya epidemiyasının həyəcan verici olduğunu açıqlayıb.

 

Manset.az xəbər verir ki, difteriya epidemiyası səbəbiylə 14 əyalətin 171 bölgəsinin risk altında olduğu bildirilir.

Yanvar ayından bu yana ölkədə 1390 difteriya hadisəsi qeydə alınıb. Həmin insanlardan yalnız bir neçəsinin peyvənd olunduğu bildirilib.

Hökumətin iki mərhələdə kütləvi peyvəndlənmə hədəflədiyini söyləyib.

Qeyd edək ki, Nigeriyada may-iyul aylarında difteriya epidemiyası səbəbindən 83 nəfər ölüb.

"Quşpalazı" olaraq da bilinən difteriya, "corynebacterium diphtheriae" adlı mikroorqanizmin boğaz, burun, göz və dəridə yerləşməsi zamanı meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az