Koronavirusun yeni variantı Eris: "Barbie və Oppenheimer ilə əlaqəli ola bilər"

19:26 - 07 Avqust 2023

Koronavirusun yeni variantı Eris: \"Barbie və Oppenheimer ilə əlaqəli ola bilər\"

İngiltərədə Kovid-19-un Omicron variantının alt törəməsi olan  "Eris (EG.5.1)"  yeni virus yayılıb.

 

Manset.az Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinə (UKHSA) istinanən məlumat verir ki, yeni Eris variantı ölkə üzrə hər 7 yeni xəstədən birinə təsadüf edir.

Səlahiyyətlilər, dünya miqyasında Kovid-19 hadisələrinin artması davam etdiyi üçün vəziyyəti yaxından izlədiklərini bildirib.

İngiltərədə Kovid-19 infeksiyası və peyvənd nisbətləri ilə bağlı rəqəmləri təxmin edən Zoe Kovid-19 Simptom Araşdırmasına görə, iyulun 4-də 606 min 656 olan təxmin edilən yoluxma sayı 27 iyulda artaraq 200 min  785 min 980-ə yüksəlib.

Mütəxəssislər ölkədə Kovid-19-a yoluxma hallarının artmasının iyulun 21-də Barbie və Oppenheimer filmlərinin nümayişindən sonra milyonlarla insanın kinoteatra axını ilə bağlı ola biləcəyini irəli sürüblər.

Hesab olunur ki, insanların yaxın məsafədə qapalı və zəif havalandırılan ərazilərdə toplanması yoluxma sürətini artırmış ola bilər.

Kovid-19 peyvəndlərindən sonra xəstəliyə qarşı immunitetin azalması və müəyyən müddət keçməsinin də hadisələrin artmasına səbəb ola biləcəyi bildirilir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az