Afinada futbol fanatları arasında kütləvi dava: 1 ölü, 8 yaralı - VİDEO

12:41 - 08 Avqust 2023

Afinada futbol fanatları arasında kütləvi dava: 1 ölü, 8 yaralı - VİDEO

Afinada Yunanıstanın “AEK” və Xorvatiyanın “Dinamo” futbol klublarının fanatları arasında kütləvi dava baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dava nəticəsində 1 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb. 

Məlumata görə, UEFA-nın “Dinamo” klubunun tərəfdarlarına sözügedən oyunda iştirakına qadağa qoymasına baxmayaraq, 150-200 tərəfdardan ibarət qrup avtomobillərlə Yunanıstana gəlib. 

İnsident zamanı 96 nəfər saxlanılıb. Eyni zamanda, çox sayda mağazanın vitrininə və avtomobilə ziyan dəyib. 

Davanın səbəbi açıqlanmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az