İngiltərədə qeyri-qanuni miqrantların yerləşdirilməsi üçün hazırlanan “Bibby Stockholm” gəmisi etirazlara səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qaçqınlara yardım təşkilatının vəkilləri miqrantların əksəriyyətində ciddi boğulma travmasının olduğunu bildiriblər. Həmçinin, mühacirlər üçün ayrılmış bölmələrin kifayət qədər kiçik olması diqqət çəkib.
Gəmiyə ilk mərhələdə 18-65 yaş arası 50 nəfər qeyri-qanuni immiqrantın, uzun müddətdə isə təxminən 500 nəfərin yerləşdiriləcəyi planlaşdırılıb.
Ölkədəki immiqrantların hüquqlarını müdafiə edən qrupun üzvü, təqaüdçü müəllim Chris Bradey, İngiltərə hökumətinin amansız hərəkət etdiyini söyləyib:
"Düşünürəm ki, bu, amansız cəhddir. Hökumət həqiqətən qəddardır. Mühacirlərin çoxu təhlükəli yollardan keçib və bu gəmiyə yerləşdiriləcək. Onlarda travma və müxtəlif narahatlıqlar ola bilər".
Mühacirlərin gəmilərdə yerləşdirilməsinin “qeyri-insani” olduğunu iddia edən QHT-lər və insan haqları təşkilatları Bibbi Stokholmu “həbsxana gəmisi” adlandırıblar.
Qeyd edək ki, məsələ ilə bağlı hökumət səlahiyyətlisi Telegraph qəzetinə açıqlama verib. Bildiribki, bəhanəsiz olaraq gəmiyə minməkdən imtina edən hər kəsin yenidən düşünmək üçün 24 saat vaxtı var. Bu müddətdən sonra onların sığınacaq dəstəyi sona çatacaq və öz başlarının çarəsinə baxacaqlar”.
Aygün
Manşet.az