Koronavirus epidemiyası zamanı populyarlıq qazanan onlayn konfrans proqramı Zoom şirkəti işçilərinə çağırış edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət istənilən ofisindən 80 kilometr məsafədə olan işçilərə həftədə ən az 2 gün ofisə gəlmələrinin məcburi olduğunu açıqlayıb.
Qurumdan edilən şərhdə bildirilib ki, hibrid iş sistemi işçilər üçün ən səmərəli iş üsuludur və avqust-sentyabr aylarından etibarən yeni sistemin tətbiqinə başlanılacaq. Həmçinin, bu sistemin şirkəti daha yaxşı vəziyyətə salacağı vurğulanıb.
Qeyd edək ki, araşdırmaya görə uzaqdan işləmə sistemi ingilisdilli ölkələrdə daha çox istifadə olunur.
Aygün
Manşet.az