Hindistanda müsəlmanlara məxsus 300-dən çox mülk dağıdıldı

17:11 - 08 Avqust 2023

Hindistanda müsəlmanlara məxsus 300-dən çox mülk dağıdıldı

Hindistanda hökumətin dəstəklədiyi irqçi qrupların təxribatı nəticəsində müsəlmanlara qarşı hücumlar bitmək bilmir.

 

Manset.az xəbər verir ki, Yeni Dehli yaxınlığındakı müsəlmanların yaşadığı Nuh şəhərinə gələn və insident törədən irqçilərə hindu polisi dəstək verib.

Beləki, 280 min əhalisi olan Nuh şəhərində son bir neçə gündə müsəlmanlara məxsus ən az 300 ev və mağaza dağıdılıb.

Hakim Bharatiya Janata Partiyasının (BJP) dəstəklədiyi irqçi təşkilatlar bir neçə gün əvvəl bölgənin əsasən müsəlmanların yaşadığı Nuh şəhərinə gələrək burada ağır təxribatlar törədiblər.

“Müsəlman xainlərinə ölüm” şüarları ilə küçələrdə yürüş edən hökumətin dəstəklədiyi bu qruplar hindu polisinin buldozerlərlə əraziyə gəlişindən sonra məqsədlərinə çatıblar.

Gərginliyin artdığı şəhərin son günlər həbs olunmaq qorxusundan yüzlərlə kişi tərəfindən tərk edilib. Polis tərəfindən saxlanılan 150-dən çox şübhəlinin demək olar ki, hamısı müsəlmandır.

Qeyd edək ki, indiyədək Haryana ştatında zorakılıqlar nəticəsində 6 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az