Türkiyənin İzmir vilayətinin Seferihisar və Çeşme rayonlarında qeyri-qanuni yollarla xaricə getməyə çalışan 71 qeyri-qanuni miqrant saxlanılıb.
Manset.az xəbər verir ki, Sahil Mühafizəsi Komandanlığının internet saytında yer alan açıqlamaya görə,Seferihisar rayonu sahillərində Sahil Mühafizəsinin botu tərəfindən aşkarlanan səyyar rezin qayıqda 12 qeyri-qanuni miqrant yaxalanıb.
Çeşmə bölgəsində isə, 2 fərqli hadisədə cəmi 59 qeyri-qanuni miqrant tutularaq rezin qayıqlara mindirilib.
Digər tərəfdən, Yunan ünsürləri tərəfindən Dikili rayonu sahillərində rezin qayıqlarla Türkiyə ərazi sularına itələnmiş 30 nizamsız miqrant xilas edilib.
Qeyri-qanuni miqrantlar əməliyyatların ardından İl Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Jalə
Manşet.az