İlon Maskın kiçik evindən FOTO

10:59 - 09 Avqust 2023

İlon Maskın kiçik evindən FOTO

İlon Maskın bioqrafiyasının müəllifi Valter İsaakson dünyanın ən zəngin adamının yaşadığı ev haqqında danışıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsaakson Mask haqqında kitabı yazarkən məşhur sahibkarın evində olub və oradan foto paylaşıb.

Fotoda sadə açıq mətbəx və Maskın qonaq otağının bir hissəsi göstərilir. Kreslolardan birinin üstündən palto asılıb, taxta masada raket heykəli və katana görünür.

İsaakson X sosial media platformasında (keçmiş adı Twitter) Maskın niyə kiçilməyə qərar verdiyini sentyabrın 12-də təqdim olunacaq yeni kitabı “İlon Mask”da izah edəcəyini söyləyib.

"2020-ci ildə Mask beş böyük evini satmaq qərarına gəldi və Boca Çikadakı bu sadə iki otaqlı evi əsas iqamətgahı olaraq istifadə etdi. Burada görüşürdük və o bu taxta masada oturub telefon zəngləri edirdi. Yaxında dərc olunacaq kitabımda bunun səbəblərini izah edəcəm”.

Qeyd edək ki, Mask ilk dəfə 2021-ci ilin iyununda Boca Çikadakı evini nümayiş etdirib. Ev modul evlər istehsal edən şirkət Boxabl tərəfindən tikilib. Belə evləri quraşdırmaq üçün istənilən yerə daşımaq olar.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az