ABŞ tarixinin üçüncü ən böyük lotereya cekpotu sahibini tapdı

12:18 - 09 Avqust 2023

ABŞ tarixinin üçüncü ən böyük lotereya cekpotu sahibini tapdı

ABŞ tarixində təqribən 1,58 milyard dollar dəyərində üçüncü ən böyük lotereya cekpotu olan "Mega Millions"u Floridalı bir şəxs qazanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən baş mükafatın məbləği aylar ərzində tədricən artıb, çünki indiyədək keçirilən 31 tirajda qalib olmayıb.

Mega Millions qazanma nisbəti 302,6 milyonda 1-dir.

Püşkatmada qalib gələn nömrələr "13, 19, 20, 32, 33 və 14" olub.

Cekpotun qalibi 30 il ərzində ödənilməyə razılaşarsa tam məbləği alacaq. Lakin toplu ödəməyi seçərsə 783,3 milyon dollar ala biləcək.

ABŞ-ın 45 ştatında, paytaxt Vaşinqtonda və Virgin adalarında oynanan Mega Millions sonuncu dəfə aprelin 18-də bir nəfər tərəfindən qazanılmışdı.

Qeyd edək ki, ABŞ tarixində ən böyük lotereya cekpotları 2022-ci ilin noyabrında 2,04 milyard dollar və 2016-cı ilin yanvarında 1,586 milyard dollarlıq Powerball lotereyaları olub.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az