İraqda “homoseksuallıq” ifadəsi qadağan olundu

12:53 - 09 Avqust 2023

İraqda “homoseksuallıq” ifadəsi qadağan olundu

İraq Rabitə və İnformasiya Agentliyinin qərarına əsasən, qurumdan işləmək icazəsi almış bütün mətbuat və media orqanlarında hazırlanan xəbərlərdə “gey” və “homoseksuallıq” ifadələrinin işlənməsi qadağan olunub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu qərardan sonra İraq mətbuatında xəbər məzmununda “homoseksuallıq” əvəzinə “cinsi pozğunluq” ifadəsi işlədiləcək.

Bildirilib ki, bu qərar “cəmiyyəti ümumi əxlaqdan və yad terminlərdən qorumaq məqsədi daşıyır”.

Aygün

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az