İtaliyanın Lampeduza adası yaxınlığında qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 41 nəfər həlak olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliyanın ANSA xəbər agentliyinin məlumat verib. Beləki, 3-ü uşaq olmaqla 45 nəfər qayıq ilə Tunisdən yola düşüb və İtaliya sahillərinə gedib.
Sahil Mühafizə qrupları 4 immiqrantı xilas edə bilib.
Bildirilib ki, qayıq yola düşdükdən 6 saat sonra güclü dalğanın təsiri ilə aşıb.
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə 2014-cü ildən bəri Liviya və Tunisdən İtaliyaya keçmək istəyərkən 14 mindən çox insan dənizdə ölüb və ya itib.
Aygün
Manşet.az