Amerikalı rap ifaçısı Cardi B.-nin ötən ay verdiyi konsertdə ona içki atan dinləyiciyə qəzəblə atdığı mikrofon hərracda 99 min 900 dollara satılıb.
Manset.az xəbər verir ki, iyulun 29-da ABŞ-ın Las-Veqas şəhərində verdiyi konsertdən sonra Cardi B.-nin mikrofonu konsertin səs istehsal şirkəti tərəfindən hərraca çıxarılıb.
122 nəfərin iştirak etdiyi hərracda mikrofon 99 900 dollara satılıb. Satışdan əldə olunan vəsaitin ianə ediləcəyi bildirilib.
Aygün
Manşet.az