Fransada 12 ildir itkin düşən 53 yaşlı qadın kilidli otaqda lüt halda və işgəncə görmüş vəziyyətdə tapılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 12 ildən sonra ərini şikayət edə bilməsi nəticəsində qadın polis qrupları tərəfindən xilas edilib.
Xilas olan qadın 2011-ci ildən bəri otaqda kilidli olduğunu bildirib.
Məlumatdan sonra polisin təşkil etdiyi əməliyyat nəticəsində qadının 55 yaşlı əri saxlanılıb.
Polis qadının sağlamlıq vəziyyəti ilə bağlı verdiyi açıqlamada yetərsiz qidalandığı, ayaq və barmaqlarında sınıq olduğunu deyib.
Evdə axtarış aparan polis qadının ərinə aid işgəncə masası, həmçinin, qadının qidalanma vaxtlarını qeyd etdiyi dəftər tapıb.
Aygün
Manşet.az