Livanda "Barbi" filminin nümayişi qadağan edilib.
Manset.az Sozcu-yə istinadən xəbər verir ki, Livanın mədəniyyət naziri Məhəmməd Murtaza ABŞ istehsalı olan "Barbi" filminin "əxlaqi və dini" dəyərləri pozduğu və homoseksuallığı ön plana çıxardığı səbəbi ilə yayımlanmayacağını açıqlayıb.
Livanın rəsmi agentliyi NNA-da dərc olunan açıqlamaya görə, Murtaza ABŞ istehsalı olan filmin Livandakı dini və əxlaqi dəyərlərlə üst-üstə düşmədiyini, homoseksuallığı ön plana çıxardığını, ailə və evlilik dəyərlərinə xələl gətirdiyini vurğulayıb.
Filmin xüsusilə uşaq və gənclərə mənfi təsir göstərə biləcəyi qənaətinə gəlindiyini bildirən Murtaza filmin nümayişinə mane olmaq üçün müvafiq qərarın Livan Daxili İşlər Nazirliyinə göndərildiyini qeyd edib.
Jalə
Manşet.az