Tehranda baş verə biləcək bu hadisə 300 min insanın ölümünə səbəb ola bilər

15:40 - 10 Avqust 2023

Tehranda baş verə biləcək bu hadisə 300 min insanın ölümünə səbəb ola bilər

İranın paytaxtı Tehranda baş vermə ehtimalı olan şiddətli zəlzələ lazımi tədbirlər görülmədiyi təqdirdə ən azı 300 min insanın ölümünə səbəb olacağı barədə xəbərdarlıq edilib.

 

Manset.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran Bələdiyyəsinin Şəhər Şurasının Tikinti və İnfrastruktur Komitəsinin sədri Məhəmməd Ağamiri məlumat verib. O, paytaxtda baş verə biləcək 7 bal gücündə zəlzələnin təsirlərini qiymətləndirib.

Məhəmməd Ağamiri Tehranın köhnəlmiş bina fondunun yaxşı vəziyyətdə olmadığını və bu məsələ ilə bağlı narahatlıqların olduğunu bildirib.

Ağamiri qeyd edib ki, binaların zəlzələyə davamlılığını qiymətləndirmək üçün Tehran Şəhər Şurası nəzdində işçi qrupunun yaradılacaq.

İran rəsmisi Tehranın paytaxt olduğunu, mümkün şiddətli zəlzələnin bütün ölkəni əhatə edəcəyini qeyd edib. O, əhalinin sıx paylanması və müxtəlif kövrəklik faktorları ilə Tehranın dünyada zəlzələ riski yüksək olan ilk 20 meqapolisdən biri hesab edildiyini bildirib.

Qeyd edək ki, İran hökuməti 2016-cı ildə Yaponiya ilə seysmologiya sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb və Tehranın “zəlzələ riski”nin xəritəsini tərtib edib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az