Moskvada baş verən partlayışda 12 nəfər itkin düşdü

17:22 - 10 Avqust 2023

Moskvada baş verən partlayışda 12 nəfər itkin düşdü

 

Rusiyanın Moskva vilayətində optik məhsulların istehsal olunduğu fabrikdə dünən baş verən partlayışdan sonra 12 nəfərdən xəbər almaq mümkün olmayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumat verilib.

Fabrikin dağıntıları altında işlərin aparılmasına baxmayaraq, 12 nəfərdən xəbər alınmadığına dair məlumatların yer aldığı açıqlamada lazımi araşdırmaların davam etdiyi qeyd edilib.

Ümumilikdə, partlayışda 56 nəfər yaralanıb. İlk təsbitlərə görə partlayışın fabrikin anbarında yanar materialların alışması nəticəsində baş verdiyi düşünülür.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az