Türkiyənin Manisa şəhərinin Kırkağaç rayonunda meşəlik ərazidə yanğın başlayıb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bölgəyə 4 təyyarə, 8 helikopter, 21 yanğınsöndürən maşın, 3 su çəni və personal cəlb edilib.
Yanğın ekipajın havadan və qurudan müdaxiləsi ilə nəzarət altına alınıb.
Bölgədə soyutma işləri davam edir. Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Jalə
Manşet.az