Malatyada güclü zəlzələ oldu: Yaralılar var (YENİLƏNDİ)

22:20 - 10 Avqust 2023

Malatyada güclü zəlzələ oldu: Yaralılar var (YENİLƏNDİ)

Xəbər verdiyimiz kimi bu gün Türkiyənin Malatya şəhərinin Yeşilyurt rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.

 

Manset.az TGRT Haber-ə istinadən xəbər verir ki, Malatya valisi Hulusi Şahin zəlzələ zamanı bir neçə vətəndaşın qorxudan eyvandan atılaraq xəsarət aldığını və tərk edilmiş binanın uçduğunu bildirib. Araşdırmaların davam etdiyini deyən Şahin ünsiyyətdə heç bir problem olmadığını deyib və vətəndaşları qəzalı binalardan uzaq durmağa çağırıb.

Jalə

Manşet.az

***21:56

Türkiyənin Malatya şəhərinin Yeşilyurt rayonunda zəlzələ baş verib.

 

Manset.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

Bildirilib ki, episentri Malatyanın Yeşilyurt rayonu olan 5,3 bal gücündə zəlzələ yerli saatla 20:48-də qeydə alınıb.

Zəlzələnin 7 kilometr dərinlikdə qeydə alındığı müəyyən edilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az