Mali də Fransa vətəndaşlarına viza rejimini dayandırıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mali Xarici İşlər Nazirliyi məlumat yayıb.
Buna səbəb Nigerdəki hərbi çevrilişdən sonra Fransanın Malini səyahət edilməməsi tövsiyə olunan ölkələrin daxil olduğu “qırmızı zona”ya salması olub. Fransanın bu addımına cavab olaraq Mali Fransa vətəndaşları üçün yeni vizaların verilməsini dayandırdığını açıqlayıb.
Qeyd edək ki, Malidə 2020-ci ildə hərbçilərin dövlət çevrilişiylə hakimiyyəti ələ keçirməsindən sonra Fransa ilə münasibətləri pisləşib.