Ərdoğan azərbaycanlı aktyora yüksək vəzifə verdi

09:58 - 11 Avqust 2023

Ərdoğan azərbaycanlı aktyora yüksək vəzifə verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əslən azərbaycanlı olan məşhur aktyor Tamer Karadağlını Dövlət Teatrları Baş Müdirliyi İdarəsinə rəhbər təyin edib.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, təyinat ilə bağlı qərarlar prezident Ərdoğanın imzası ilə Rəsmi Qəzetdə dərc olunub.

Qeyd edək ki, bir müddət əvvəl Karadağlının aktrisa Nihal Yalçınla “Altın Portağal Mükafat Mərasimi”ndə yaşadığı polemika sosial mediada müzakirələrə səbəb olmuşdu. Beləki, Nihal Yalçın çıxış edərkən Tamer Karadağlı sözünü kəsərək mükafatı uzatmışdı. Aktrisa “Susmu dediniz?”, deyə reaksiya vermişdi. Yalçın mükafat çıxışını “İstanbul Sözləşməsindən əl çəkməyək” deyərək sonlandırmışdı.  

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az