Qlobal tədqiqat şirkətlərindən olan Gartner-in hesabatına görə 2033-cü ilə qədər süni intellekt həlləri ilə 500 milyondan çox yeni iş yerinin yaradılacağı təxmin edilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, süni intellekt və avtomatlaşdırma texnologiyalarının inkişafı nəticəsində qarşıdakı illərdə bir çox iş sahələrinin yox olacağı gözlənilirdi. Lakin tədqiqatlar göstərir ki, məhsuldar süni intellekt elm-texnologiya-mühəndislik və riyaziyyat (STEM) adlanan iş sahələrində məhsuldarlığı artıran əhəmiyyətli bir texnologiya olaraq önə çıxır.
McKinsey Qlobal İnstitutunun dərc etdiyi hesabatda 2030-cu ilə qədər ABŞ-da süni intellekt texnologiyaları ilə ümumi iş saatlarının 30 faizinin avtomatlaşdırılacağı proqnozlaşdırılıb.
Bildirilib ki, generativ süni intellekt əksər peşələri ortadan qaldırmayacaq, əksinə iş həyatına sürətlə inteqrasiya edəcək.
Aygün
Manşet.az