İlon Mask keçən həftə Twitter-in qurulduğu gündən bəri istifadə etdiyi quş loqosunu və adını X olaraq milyardlarla dollar zərərə qapı açıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Maskın bu qərarının şirkətə mənfi təsiri getdikcə artmaqdadır.
Analitik Steve Susi Twitter adını X olaraq dəyişdirdikdən sonra şirkətin dəyərinin xeyli azaldığı və bu itkinin 4 milyard ilə 20 milyard dollar arasında dəyişəcəyini bildirib. Bu qərara görə şirkətin dəqiq nə qədər itirəcəyi yaxın günlərdə bəlli olacaq.
Analitik bildirib ki, Twitter-in dünya miqyasında tanınan brendə çevrilməsi üçün illər lazım olub və şirkət birdən-birə bu addan imtina edib X-ə keçdikdə bu dəyər itirilib. Twitter X getsə də, bir çox insan hələ də həm sosial şəbəkəni, həm də şirkəti Twitter hesab edir. X adının Twitter kimi dəyər qazanma ehtimalı isə xeyli azdır.
Üstəlik, şirkətin bu adla davam edə biləcəyi də bəlli deyil. Çünki Twitter X-in ad hüququna sahib olan yeganə şirkət deyil. “Microsoft” və “Meta”nın X-in ad hüququna da sahib olması, qarşıdakı dövrdə bu şirkətləri mürəkkəb məhkəmə prosesinin gözlədiyini göstərir.
Aygün
Manşet.az