Moskvanın “Vnukovo” hava limanı üzərində hava məkanı bağlanıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aeroportda təyyarələrin enişi və uçuşu müvəqqəti olaraq dayandırılıb.
İlkin məlumata görə, buna səbəb pilotsuz uçuş aparatları (PUA) ilə hücum ehtimalıdır.
Bəzi reyslərin digər hava limanlarına yönləndirildiyi bildirilir.
Xatırladaq ki, avqustun 10-na keçən gecə də Moskvanın “Vnukovo” və “Domodedovo” hava limanlarında reyslər məhdudlaşdırılmışdı. Buna səbəb paytaxt Moskvaya PUA ilə növbəti hücumun edilməsi olub.