Sosial şəbəkələrdə təvazökar həyatı ilə gündəmə gələn Almaniyanın keçmiş baş naziri Angela Merkel vəzifəsindən getməsinə baxmayaraq bütün xərclərini hökumətə ödətməyə davam edib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Angela Merkel təxminən iki il əvvəl vəzifəsini tərk etməsinə baxmayaraq hələ də federal hökumət onun müxtəlif xərclərini ödəyir.
Beləki, sabiq baş nazirin həm açıq, həm də şəxsi görüşlərdə saç və makiyaj xərclərini hökumət qarşılayır. Həmçinin, stilist Merkeli səfərlərdə müşayiət edirsə bu əlavə xərclərə səbəb olur. Hətta ictimai olmayan proqramlar üçün 69 yaşlı Merkelin yanında saç və makiyaj ustasının olduğu bildirilir.
Almaniya hökuməti keçmiş kanslerə 2021-ci ildə vəzifədən getdiyi vaxtdan bəri onun saç və makiyajına 2022-ci ildə 37 780 avro və 2023-cü ildə 17 200 avro, təxminən isə 55 min avro xərcləyib.
Ayrıca 15 min avro təqaüd alan Merkelin ömrünün sonuna qədər ofisi, xidməti maşını, sürücüsü, şəxsi katibəsi və 3 işçisi olacaq.
Bildirilib ki, xərclərin qəbulu ictimai olsun və ya olmasın davam edən rəsmi vəzifələrin icrası ilə bağlıdır.
Qeyd edək ki, Almaniyanın hazırkı kansleri Olaf Şolz da ictimai səfərlərində heç bir xərc çəkinmir. Onun 2022-ci ildə saç düzümü və makiyaj xərclərinə 39 910 avro xərclənib.
Aygün
Manşet.az