Almaniya növbəti il üçün Polşaya heç bir öhdəlik verməyib  

15:34 - 11 Avqust 2023

Almaniya növbəti il üçün Polşaya heç bir öhdəlik verməyib  

ABŞ və NATO-nun təzyiqi ilə Polşada Rusiyaya qarşı Patriotlar yerləşdirən Almaniya müharibənin ona ziyan vurduğunu bəyan edərək növbəti ildə Patriotları yerləşdirməkdən imtina edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın ölkədə üç “Patriot” sisteminin yerləşdirilməsinin uzadılması tələbinə Almaniya hakimiyyəti bu ilin sonuna qədər razılıq verib və gələn il üçün heç bir öhdəlik götürməyib.

Almaniya yanvar ayında Rusiyanın Ukraynaya “kütləvi hücumundan” sonra NATO-nun bu qərb hərbi ittifaqının şərq cinahını gücləndirmək səyləri çərçivəsində Polşaya üç müdafiə sistemi tədarük edib.

Polşanın müdafiə naziri Marius Blaszczak ötən ay alman həmkarı Boris Pistoriusdan bu qüvvələrin yerləşdirilməsinin iyun ayına qədər uzadılmasını istəyib. Almaniya ordusunun Patriot sistemlərinin ən azı bu ilin sonuna qədər Polşada qalmasını tələb edib. Lakin Almaniya bu ildən sonra Patriot sistemlərinin yerləşdirilməsi ilə bağlı heç bir vəd və ya öhdəlik verməyib.

Almaniyanın Polşanın sağçı hökumətinin anti-Alman mövqeyinə cavab olaraq belə bir qərarı aldığı, o cümlədən ötən il İkinci Dünya Müharibəsi zamanı nasistlərin polyaklara vurduğu ziyana görə 1,3 trilyon avro təzminat tələbi ilə məhkəməyə müraciət etmə qərarı aldığı təxmin edilir.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az