ABŞ Livanın keçmiş Mərkəzi Bank rəhbərinə sanksiyalar tətbiq etdi

17:04 - 11 Avqust 2023

ABŞ Livanın keçmiş Mərkəzi Bank rəhbərinə sanksiyalar tətbiq etdi

ABŞ Livanın keçmiş Mərkəzi Bank rəhbəri Riad Salamehə sanksiya tətbiq edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Ştatlar bunu Böyük Britaniya və Kanada ilə əməkdaşlıq çərçivəsində edib.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilib ki, Livanın keçmiş mərkəzi bankının rəhbəri Riad Salamehi özünü və tərəfdaşlarını zənginləşdirmək üçün səlahiyyətindən sui-istifadə etməsi səbəbi ilə sanksiyaya məruz qalıb.

Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Salaməhin saxta şirkətlər vasitəsilə Avropanın daşınmaz əmlakına yüz milyonlarla dollar yatırdığını iddia edib. Bu səbəbdən Salamehin ailə üzvləri və köməkçisi də daxil olmaqla daha 4 nəfərə sanksiya tətbiq edilib.

Həmçinin, ABŞ Maliyyə Nazirliyi Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə katibin müavini Brayan Nelson bildirib ki, Salameh Livan qanunlarını kobud şəkildə pozaraq özünü, ailəsini və yaxınlarını zənginləşdirmək üçün vəzifəsindən sui-istifadə istifadə edib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az