Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxt Moskvadakı bir obyektə pilotsuz uçuş aparatı (PUA) ilə hücumunun qarşısının alındığını açıqlayıb.
Manset.az xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, sözügedən pilotsuz təyyarə Moskvanın qərbindəki meşəlik əraziyə atılıb və hücumun qarşısı alınıb.
İHA-nın vurulması zamanı tələfat və dağıntı olmadığı vurğulanıb. Sosial mediada paylaşılan görüntülərdə İHA-nın vurulduğu ərazidən tüstünün qalxdığı görülüb.
Aygün
Manşet.az