Aİ ölkələrinə qeyri-qanuni girişlər ilin ilk 7 ayında bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 13 artaraq 176 min 100-ə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Mərkəzi ofisi Polşanın paytaxtı Varşavada yerləşən Avropa Birliyinin (AB) sərhəd mühafizə agentliyi olan Frontex məlumat verib.
Bildirilib ki, 2016-cı ildən bəri ilin ilk 7 ayında Avropa İttifaqının xarici sərhədlərində aşkarlanan qeyri-qanuni sərhəd keçidlərinin sayı ilk hesablamalar çərçivəsində ən yüksək rəqəmə çatıb.
Sözügedən prosesdə qeyri-qanuni girişlər üçün ən çox istifadə edilən marşrut Mərkəzi Aralıq dənizi oldu. Bu marşrutla 89 min insan Aİ ölkələrinə daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 115 faiz artım olaraq qeydə alınıb. Mərkəzi Aralıq dənizi marşrutunu ən çox qanunsuz keçənlər Fil Dişi Sahili, Qvineya və Misir vətəndaşları olub.
İkinci marşrut olan Qərbi Balkanlardan daxil olanların sayı isə yüzdə 26 azalaraq 52 min 232-yə düşüb. Bu marşrutdan daha çox suriyalılar və əfqanlar istifadə edib.
Üçüncü sırada Şərqi Aralıq dənizindən gələnlərin sayı isə yüzdə 29 azalaraq 17 min 54 olub. Şərqi Aralıq dənizi marşrutundan ən çox istifadə edənlər suriyalılar, fələstinlilər və əfqanlar olub.
aygün
manşet.az