Cənubi Asiya ölkəsi olan Banqladeşdə denq qızdırması epidemiyasına yoluxma və ölənlərin sayında artım davam edir.
Manset.az xarici mediaya istinadən məlumat verir ki, bununla bağlı Banqladeş Səhiyyə Xidməti Baş Müdirliyi (DGHS) açıqlama yayıb.
Açıqlamada, ölkə daxilində dang qızdırmasından həyatını itirənlərin sayının 364-ə yüksəldiyi bildirilib. Bildirilib ki, son 24 saatda 2 min 959 nəfərə dang qızdırması diaqnozu qoyulub və ümumi yoluxma sayı 78 min 28-ə yüksəlib. İyulda 43 min 854 hadisə və 204 ölüm, avqustda isə 26 min 196 hadisə və 113 ölüm olduğu bildirilib.
Qeyd edək ki, ağcaqanad sancması nəticəsində keçən Denqe qızdırması adətən baş ağrısı, yüksək hərarət, halsızlıq, şiddətli əzələ və oynaq ağrıları, qusma və qızartı kimi simptomlara səbəb olur.
Jalə
Manşet.az