Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
Manset.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsi məlumat yayıb.
Vilayətin Yeşilyurt rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.